Bank Of Baku

Göyçayda Azərbaycan Gimnastika Federasiyasının bölməsi açılıb

Göyçayda Azərbaycan Gimnastika Federasiyasının bölməsi açılıb
# 20 dekabr 2010 16:34 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçay Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yeni bölməsi açılıb. APA-nın Şirvan bürosunun xəbərinə görə, bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov da iştirak edib.

Federasiyanın gördüyü işlərdən danışan Fərid Qayıbov paytaxtla yanaşı, regionlarda da idmanın gimnastika növünün təbliği və inkişafı üçün tədbirlərin həyata keçirildiyini bildirib. Göyçay Olimpiya İdman Kompleksinin direktoru Həsən Bayramlı isə deyib ki, rayonda bədii gimnastikanın inkişaf etdirilməsi üçün ciddi işlər görülür. Qısa müddətdə 5-14 yaşlı qızlardan ibarət komanda yaradılıb. Məşqlərə 25 uşaq və yeniyetmə qız cəlb olunub. Azərbaycan Gimnastika Federasiyası tanınmış gimnast Esmira Orucovanı kompleksin yığma komandasına məşqçi təyin edib. Məşqlər pulsuz keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR