Bank Of Baku

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında fərqlənən bir qrup şəxsə fəxri adlar verilib - FOTOSESSİYA

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında fərqlənən bir qrup şəxsə fəxri adlar verilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 dekabr 2010 14:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Gənclər və İdman Nazirliyində bədən tərbiyəsi və idmanın inkişafında fərqlənən bir qrup şəxsə fəxri adların verilməsi mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycanda idmanın inkişafından danışan gənclər və idman naziri Azad Rəhimov deyib ki, prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində idmanın təşəkkül tapması üçün dövlət tərəfindən xüsusi proqramlar həyata keçirilib. Nazir idmanın inkişafında bədən tərbiyəsi işçilərinin əməyini də yüksək qiymətləndirib.

Sonra fəxri adlar verilmiş şəxslər təltif olunublar. Tofiq Əhmədov “Əməkdar idman ustası”, Nazim İsrafilov “Respublika dərəcəli hakim”, Həqiqət Hüseynova “Fəxri bədən tərbiyəsi və idman işçisi”, Nazim Əlicanov “Əməkdar məşqçi”, Samir Xankişiyev “İdman ustası” adlarına layiq görülüblər.

Ümumilikdə 47 idman işçisinə fəxri adlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR