Bank Of Baku

Azərbaycan prezidenti Beynəlxalq Konkisürmə İttifaqının rəhbərini qəbul edib

Azərbaycan prezidenti Beynəlxalq Konkisürmə İttifaqının rəhbərini qəbul edib
# 11 fevral 2011 13:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev fevralın 11-də Beynəlxalq Konkisürmə İttifaqının prezidenti Ottavio Çinqvantonu qəbul edib. APA-nın məlumatına görə, O. Çinqvanto Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, Bakının müasirliyinin və paytaxtdakı inkişaf proseslərinin şahidi olduğunu deyib.

İdmana dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini bildirən prezident İ. Əliyev son illər Azərbaycanın idman sahəsində böyük uğurlar və nailiyyətlər əldə etməsinin önəmini vurğulayıb. Dövlət başçısı Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonun ölkəmizə bu səfərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR