Bank Of Baku

Mingəçevirdə avarçəkmə üzrə IV Beynəlxalq “Prezident Kuboku” reqatası keçiriləcək

Mingəçevirdə avarçəkmə üzrə IV Beynəlxalq “Prezident Kuboku” reqatası keçiriləcək
# 07 mart 2011 18:43 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Martın 11-də Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında IV Beynəlxalq “Prezident Kuboku” reqatası start götürəcək. APA-nın yerli bürosunun xəbərinə görə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə üç gün davam edəcək yarışda Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanın 100-dən çox idmançısı çıxış edəcək.
Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds turniri izləmək üçün martın 9-da Bakıya gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR