Bank Of Baku

Azərbaycan gimnastları Dünya Kubokunda 1 gümüş və 2 bürünc medal qazanıblar

Azərbaycan gimnastları Dünya Kubokunda 1 gümüş və 2 bürünc medal qazanıblar
# 28 mart 2011 08:23 (UTC +04:00)
Bakı – APA. İtaliyanın Pesaro şəhərində keçirilən bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan yığması üçün uğurlu alınıb.

Belə ki, gimnastlarımızdan Aliyə Qarayeva Dünya kubokunu 2 bürünc medalla başa vurub. O, həlqə (27,300) və topla (27,650) hərəkətlərin yekununda fəxri kürsünün III pilləsinə qalxıb. Qarayeva ilə yanaşı, yeniyetmələrdən ibarət qrup komandamız da Pesaronu medalla tərk edib. Yığmamız 5 iplə hərəkətlərdə gümüş medala layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR