Bank Of Baku

Azərbaycanın gənclər və idman nazirinin müavini MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının sədri seçilib

Azərbaycanın gənclər və idman nazirinin müavini MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının sədri seçilib
# 14 aprel 2011 09:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasında sədrlik hüququ Belarusdan Azərbaycana keçib. APA-nın məlumatına görə, şuranın bu gün Bakıda öz işinə başlayan növbəti iclasında bu qərara gəlinib.
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iclasda MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının sədri seçilib. Şuraya sədrlik edəcəyi müddətdə qurumun əlaqələrinin genişləndirilməsi üçün özünün bütün potensialından istifadə edəcəyini deyən İ. İsmayılov bildirib ki, MDB ölkələri ilə idman sahəsində münasibətlərin inkişafı bu ölkələr arasında digər sahələrdə də əlaqələrin inkişafına xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR