Bank Of Baku

Bolqarıstanlı legionerin Azərbaycan milli komandasına keçidi baş tutmur

Bolqarıstanlı legionerin Azərbaycan milli komandasına keçidi baş tutmur
# 05 may 2011 15:17 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının heyətinə cəlb edilən bolqarıstanlı ağır atlet Valentin Xristovun milli komandamızda iştirakı hələlik baş tutmayacaq. Bu barədə apasport.az saytına Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov verib.

Onun sözlərinə görə, Xristovun yığmamızda rəsmi iştirakı 3 il sonra baş tutacaq: “Hələ ki, Valentinin məsələsi açıq qalıb. Çünki Bolqarıstanda vahid federasiya yoxdur ki, onlardan icazə alaq. Düzdür, biz bu sənədi almışdıq. Lakin beynəlxalq federasiya bunu tanımadı. İndi isə Bolqarıstanda yeni rəhbərliyin seçilməsini gözləyirik. Belə olan halda, yəqin istəyimizə çatacağıq. Amma hər şey planlaşdırdığımız kimi alınmasa, 3 il gözləmək məcburiyyətində qalacağıq”.

Əsgərov bildirib ki, artıq Azərbaycan vətəndaşı olan idmançının isə geriyə qayıtması qeyri-mümkündür: “Xristovun artıq bir daha vətəndaşlığını dəyişməsi mümkün deyil. O, bizim yığmada iştirak edəcək. Lakin bizim sənədi daha tez almaq istəyimiz onun dünya çempionatında və Olimpiadada komandamızda yer almasına hesablanıb”.

Qeyd edək ki, Xristov Avropa çempionatında milli komandamızın heyətində debüt etsə də, sonda onun nəticələri ləğv edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR