Bank Of Baku

“Heydər zirvəsi”nə ənənəvi yürüş olacaq

“Heydər zirvəsi”nə ənənəvi yürüş olacaq
# 06 may 2011 14:35 (UTC +04:00)
Bakı – APA. Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar mayın 7-də Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə (3751 metr) növbəti yürüş başlayacaq. Hava və Ekstremal İdman
Növləri Federasiyasından APA-ya verilən məlumata görə, “Heydər zirvəsi”nə təşkil olunan yürüşlər artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyalara qoşulan tələbə, ziyalı, fəhlə və kəndlilərin sayı ilbəil artmaqdadır.

Belə ki, artıq bu dəfə yürüşdə respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü də iştirak edəcək.

Yürüşə rəhbərlik Azərbaycan Hava və Ekstremal İdman Növləri və Azərbaycan Alpinizm Federasiyalarının "Koordinasiya Şurasının" birgə qərarı ilə tanınmış təcrübəli alpinist Saridan Mursaqulova tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR