Bank Of Baku

Azərbaycanda ilk dəfə idman qayayadırmanması üzrə çempionat keçiriləcək

Azərbaycanda ilk dəfə idman qayayadırmanması üzrə çempionat keçiriləcək
# 14 may 2011 14:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Mayın 15-də Azərbaycanın idman tarixində ilk dəfə olaraq idman qayayadırmanması üzrə süni relyefdə Açıq Respublika Çempionatı keçiriləcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından APA-ya verilən məlumata görə, çempionat Gənclər və İdman Nazirliyi və Beynəlxalq İdman Qayayadırmanması Federasiyasının üzvü olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilir.

Yarışda FAİREX idmançıları ilə yanaşı, bu federasiyaya daxil olmayan qurumların idmançıları, eləcə də xarici ölkələrdən dəvət olunmuş idmançılar süni qaya divarlarında qüvvələrini sınayacaqlar. Artıq Gürcüstan idmançıları yarışda iştirak etmək üçün Bakıya gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR