Bank Of Baku

Milli komandamız sabah Çinə yola düşür

Milli komandamız sabah Çinə yola düşür
# 17 may 2011 14:24 (UTC +04:00)
Bakı – APA. Mayın 21-də Çinin Tyanjin şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-pri yarışı start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək bu mötəbər turnirdə Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Çində məşqçi Fikrət Vəliyevin rəhbərliyi altında yığmamız 2 üzvü - Sevil Bünyatova və Səbinə Mikina necə qılınc oynatmalarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, idmançılarımız Asiya ölkəsinə sabah yollanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR