Bank Of Baku

Azərbaycanda süni relyefdə qayayadırmanma üzrə respublika çempionatı keçirilib - FOTO

Azərbaycanda süni relyefdə qayayadırmanma üzrə respublika çempionatı keçirilib - <font color=red>FOTO</font>
# 18 may 2011 09:46 (UTC +04:00)
Bakı - APA. Azərbaycanda ilk dəfə olaraq süni relyefdə qayayadırmanma üzrə respublika çempionatı keçirilib. Çempionat Beynəlxalq İdman Qayayadırmanması Federasiyasının üzvü olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından APA-ya verilən məlumata görə, yarışda Federasiyanın “A+A”, “Ekosport”, “Climb-club”, “AMEAST”, “AzDBTİA”, “Salavat”, “Zirvə” klubları ilə yanaşı, respublikanın digər qurumlarının idmançıları və Gürcüstandan gəlmiş qayayadırmananlar iştirak edib.
Ümumilikdə, 70-ə yaxın idmançının qatıldığı açıq ölkə çempionatına Bakıdakı “Green Rock” süni qayayadırmanma klubunda start verilib. Birincilik uğrunda mübarizə kişilər və qadınlar arasında bir neçə mərhələdə davam edib. Əvvəlcə təsnifat mərhələsi, daha sonra 1/8, 1/4, 1/2 və final mərhələlərində mübarizə aparılıb.
Mübarizə təsnifat mərhələsindən sonra 20 idmançının növbəti mərhələdə birinci yer uğrunda yarışması ilə davam edib. Kişilər arasında ilk 3 yeri gürcüstanlı qayayadırmananlar (1-ci yer Quram Dabrundaşvili, 2-ci yer Erekle Mikaladze, 3-cü yer Quram Xutşişvili) tutublar.
Qadınlar arasında keçirilən yarışlarda da birinci 2 yeri qonaqlar (1-ci yer Nutsa Xutşişvili, 2-ci yer Tamara Meladze) 3-cü yeri isə Azərbaycan idmançısı (Yanina Maşkova) qazanıb.
Qeyd edək ki, çempionatın mürəkkəblik altnövü üzrə növbəti mərhələsi də yaxın günlərdə “Green Rock” süni qayayadırmanma klubunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR