Gəncədə Oyun Festivalı təşkil edilib
“İdman Qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!” layihəsi Beynəlxalq və Avropa Olimpiya Komitələrinin, həmçinin Bakcell və Coca-Cola şirkətlərinin maliyyə və texniki dəstəyi ilə həyata keçirilir. Sosial inkişaf yönümlü layihələrin hazırlanması və icrası sahəsində ixtisaslaşan “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi layihənin əsas icraçı partnyorudur.
Əsasən şən, inkluziv və təhlükəsiz idman hərəkətlərindən ibarət Oyun Festivalı “Sosial Xidmətlər Təşəbbüsü” və Milli Olimpiya Komitəsindən olan mütəxəssislərin köməkliyi ilə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı, Mehdi Mehdizadə adına 4 saylı və İsrafil Məmmədov adına 27 saylı orta ümumtəhsil məktəbindən olan fiziki tərbiyə müəllimləri tərəfindən tərtib edilib. Festivalın keçirilməsində əsas məqsəd Olimpiya hərəkatı və Olimpiya dəyərlərini təşviq etmək, o cümlədən Oyunların ruhlandırıcı gücündən istifadə etməklə insanların, xüsusilə qadınları və qızları idman və bədən tərbiyəsindən kütləvi və mütəmadi istifadə etməyə həvəsləndirmək idi.
Festivalı giriş sözü ilə açan Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəis əvəzi Mahir Hüseynov bu kimi tədbirlərin xüsusi əhəmiyyətini vurğulayaraq, bunun uşaqların və gənclərin idman ruhu ilə tərbiyə edilməsində mühüm rol oynadığı söylədi. Sonra Milli Olimpiya Komitəsinin nümayəndəsi Vaqif Əliyev çıxış etdi və hazırda dünyada geniş vüsət alan və sürətlə inkişaf etməkdə olan Olimpiya hərəkatından və Olimpiya dəyərlərindən danışdı. Rəsmi hissənin sonunda layihənin koordinatoru Mehman Kərimov çıxış edərək layihənin yaranma tarixçəsi, bunu zəruri edən amillər və layihənin əsas fəaliyyət istiqamətləri haqda ətraflı təqdimat etdi. Daha sonra meydançaya 39, 27 və 4 saylı məktəbin şagirdlərindən ibarət yarış komandaları dəvət olundu. Şən, inkluziv və təhlükəsiz oyunlardan ibarət hər bir nömrə Olimpiya idman növləri (futbol, tennis, xokkey, basketbol və s.) əsasında hazırlanmışdır.
Ümumilikdə, “İdman Qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!” kütləvi idman və bədən tərbiyəsinin sosial, iqtisadi, mədəni və s. inkişaf komponentlərini özündə birləşdirən araşdırıcı və təşviqedici fəaliyyətlərdən ibarətdir. Nəticə etibarı ilə bütün bu fəaliyyətlər qızlar və qadınlar arasında daha aktiv və sağlam həyat tərzi sürməyə xidmət edən şəraitin yaradılmasına yönəlib.
Xəbər Lenti
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
İran Ordusu: Hörmüz boğazında tanker minaya düşüb
Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur - FAKTİKİ HAVA
İran HDQ komandanı: Hörmüz boğazı bağlı qalacaq
Myanmada toy keçirilən evə hava zərbəsi endirilib, 17 nəfər ölüb
Husilərin Ər-Riyada doğru atdığı ballistik raket vurulub
Mayk Lav vəfat edib