Bank Of Baku

Ali məktəb tələbələrinin X Respublika Universiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Ali məktəb tələbələrinin X Respublika Universiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 03 iyun 2011 13:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ali məktəb tələbələrinin X Respublika Universiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən keçirilən universiada qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev idmanın inkişafında bu cür yarışların mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb. O deyib ki, universiada 1993-cü ildən başlayaraq 2 ildən bir keçirilir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Gənclik Tələbə İdman Cəmiyyətinin Respublika Şurasının sədri Tofiq Xanəliyev də universiadanın əhəmiyyətini vurğulayıblar.

Sonra mərasimdə qalib komandalar mükafatlandırılıb. Kişilər arasında I yeri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Dövlət İqtisad Universitetinin komandaları tutub. II, III yerləri Dövlət Tibb Universiteti və Bakı Dövlət Universitetləri qazanıblar. Qadınlardan ibarət komandaların yarışında isə I yeri Bədən Tərbiyəsi və İdman Akademiyası, II yeri Dövlət İqtisad Universiteti, III yeri Bakı Dövlət Universitetinin idmançıları əldə edib. Ümumkomanda yarışlarında I yeri Dövlət Tibb Universiteti, II yeri Bədən Tərbiyəsi və İdman Akademiyası, III yeri Dövlət İqtisad Universiteti tutub.

Universiada idmanın 10 növü üzrə keçirilib və yarışlara 21 ali məktəbin tələbələri qoşulub. Final mərhələsində 1450 tələbə öz gücünü sınayıb. Universiada avqustun 12-23-də Çinin Senjen şəhərində keçiriləcək Tələbələrin Ümumdünya Universiadasına hazırlıq məqsədi daşıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR