Bank Of Baku

Azərbaycan dövlət başçısı Beynəlxalq Ağır Atletika Federasiyasının prezidentini qəbul edib

Azərbaycan dövlət başçısı Beynəlxalq Ağır Atletika Federasiyasının prezidentini qəbul edib
# 15 iyul 2011 11:55 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev iyulun 15-də Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib. APA-nın məlumatına görə, T. Ayan Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ağır atletikanın inkişafına yaradılan şəraiti yüksək qiymətləndirib. O, 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdiyi qələbə münasibətilə dövlət başçısını təbrik edib.

Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayan prezident İ. Əliyev Sinqapur Olimpiadasında idmançılarımızın əldə etdiyi uğurları ölkədə idmana dövlət səviyyəsində göstərilən diqqətin nəticəsi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycanda məşhur olan idmanın bu növünün daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

O, Beynəlxalq Ağır Atletika Federasiyasının Azərbaycanda ağır atletikanın inkişafına göstərdiyi dəstəyə görə T. Ayana təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR