Bank Of Baku

İrandan olan azərbaycanlı legioner yığmamızdan kənarlaşdırılıb

İrandan olan azərbaycanlı legioner yığmamızdan kənarlaşdırılıb
# 08 sentyabr 2011 15:21 (UTC +04:00)
Bakı – APA. Rumıniyada keçiriləcək Avropa çempionatına yollanan ağır atletika üzrə gənclərdən ibarət Azərbaycan milli komandası ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, səfər ərəfəsində yığmamızın liderlərindən hesab olunan Yusif Fuladzədə heyətdən kənarlaşdırılıb.

Buna səbəb onun zədələnməsidir. Belə ki, Buxarestə yollanmazdan öncə idmançının qolunun şişməsi Bakıda qalması ilə nəticələnib. Nəticədə baş məşqçi sentyabrın 9-18-də keçiriləcək yarışa 5 atlet aparmalı olub.

Qeyd edək ki, əslən İrandan olan soydaşımız Fuladzadə milliləşdirildikdən sonra debüt etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR