Bank Of Baku

Azərbaycan çaparı Ukraynada bürünc medal qazanıb

Azərbaycan çaparı Ukraynada bürünc medal qazanıb
# 09 sentyabr 2011 09:01 (UTC +04:00)
Bakı – APA. Ukraynanın Donetsk şəhərində atçılığın konkur növü üzrə keçirilən “Donbass Tur-2011” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış milli komandamızın çaparı üçün uğurlu alınıb.

Belə ki, ümumi mükafat fondu 200 min avro olan turnirdə həmyerlimiz Seyid Musayev “Nabab de Belou” ləqəbli atla finiş xəttinə 3-cü çatıb və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, “Donbass Tur-2011”da Ukrayna və Azərbaycan çaparları ilə yanaşı, Belçika, Polşa, Rusiya, Lüksemburq, Yaponiya və Almaniya idmançıları da qüvvələrini sınayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR