Bank Of Baku

Göygöl rayonunda idman festivalı keçirilib

Göygöl rayonunda idman festivalı keçirilib
# 08 oktyabr 2011 08:42 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov-APA. Göygöl rayonunda “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” layihəsi əsasında idman festivalı keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, musiqili-əyləncəli idman bayramında 7-12 yaşlarında 200-ə yaxın oğlan və qız, həmçinin onların məşqçiləri və təlimatçılar iştirak edib. Festival iştirakçıları meydanın bölündüyü sektorlar üzrə paylaşaraq şən musiqi sədaları altında estafet, driblinq, fint, hərəkətdə olan topun ötürülməsi kimi müxtəlif təlimləri yerinə yetiriblər. İdman bayramı 3 saatdan artıq davam edib.
Qeyd edək ki, bu layihə UEFA-nın “Kəsişən mədəniyyətlər ” layihəsi əsasında yaradılıb və münaqişə zonalarında yerləşən ölkələrdə həyata keçirilir. Azərbaycan 2002-ci ildən “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” proqramına daxil olub. Ölkəmizdə bu layihə əsasında tədbirlər AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR