Bank Of Baku

Stantraydinq üzrə dördqat Avropa və dünya çempionu Bakıda motosikletlə şou nümayiş etdirib

Stantraydinq üzrə dördqat Avropa və dünya çempionu Bakıda motosikletlə şou nümayiş etdirib
# 18 oktyabr 2011 15:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, Bakının mərkəzində qurulan atraksionda keçirilən şouda K.Pfayffer öz motosikleti ilə çoxlu sayda nümunələr göstərib. İdmançı 33 nəfərin üzərindən tullanaraq 30 saniyə ərzində motosikletin arxa təkəri üzərində 15 dəfə fırlanıb.

K. Pfayffer APA-ya açıqlamasında deyib ki, bu onun regiona ilk səfəridir. Bakıda olduğu müddətdə Azərbaycanda motosikletlə idman növünün sevilməsinin, çoxlu sayda tamaşaçı cəlb etməsinin şahidi olduğunu deyən K. Pfayffer bu idman növü ilə məşğul olan şəxslərə tanış olduğunu da açıqlayıb.

O, həmçinin Azərbaycanda bu idman növü ilə bağlı master-klasslar keçməyə hazır olduğunu deyib.

Qeyd edək ki, şou Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR