Bank Of Baku

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr olunmuş “Sağlamlıq – 2011” Respublika Spartakiadasının təntənəli açılış mərasimi olub

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr  olunmuş “Sağlamlıq – 2011” Respublika Spartakiadasının təntənəli açılış mərasimi olub
# 22 oktyabr 2011 12:21 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı İdman Sarayında rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilərin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr olunmuş “Sağlamlıq – 2011” Respublika Spartakiadasının təntənəli açılış mərasimi olub. APA-nın məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan prezidenti İlham Əliyevin idmana qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar. Qeyd olunub ki, spartakiadanın məqsədi rabitəçilərin asudə vaxtlarının səmərəli keçirməsinə şərait yaratmaq, idmanın kütləviliyini təmin etməkdir.

Mərasim iştirakçıları bu ilin oktyabr ayında Qətərin Doha şəhərində keçirilən klublararası Dünya çempionatının qalibi olmuş qadınlardan ibarət “Rabitə” voleybol komandasının üzvlərini və 2012-ci il London Yay Olimpiadasına vəsiqə qazanmış “Rabitəçi” klubunun boksçularını hərarətlə salamlayıblar. Səkkiz idman növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd və dama) üzrə keçirilən yarışlarda rabitə sektoruna daxil olan dövlət və özəl müəssisələri ilə yanaşı, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Nəqliyyat və Rabitə Kollecinin də qatıldığı 17 komanda, 700-dən artıq idmançı iştirak edəcək. Tədbir konsert proqramı ilə başa çatıb. Daha sonra mini-futbol turnirinə start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR