Bank Of Baku

Azərbaycan idmançısı dünya çempionu oldu

Azərbaycan idmançısı dünya çempionu oldu
# 17 noyabr 2011 09:50 (UTC +04:00)
Bakı – APA. Latviyanın paytaxtı Riqada pauerliftinqin WPC versiyası üzrə növbəti Dünya Çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, 50-yə yaxın ölkə idmançısının iştirak etdiyi yarışa federasiya prezidenti Ələddin Əliyevin rəhbərliyi altında 8 idmançı ilə yollanan yığmamız artıq medal hesabını açıb.

Millimizin yeganə qadın üzvü, 56 kq çəki dərəcəsində çıxış edən Rəna Əliyeva 3 hərəkətin cəmində (sinədən qaldırma, yerdən dartma və ştanqla əyilib-qalxma) 290 kq göstərici ilə bütün rəqiblərini qabaqlayıb və qızıl medala layiq görülüb. Qarşıdakı 2 gündə daha 4 idmançımız – ağır çəkidə yarışan Azər Əliyev, Eldar Məmmədov, Rüfət Ağayev və Hafiz Verdiyev mübarizəyə qoşulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR