Bank Of Baku

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başlayıb

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başlayıb
# 11 fevral 2012 09:10 (UTC +04:00)
Bakı – APA. Fevralın 11-də 2012-ci il tarixində Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçiriləcək Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından APA-ya verilən məlumata görə, Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə keçirdiyi çempionata Rusiya və İran idmançıları da qatılıblar.

Yarışda Azərbaycandan 100 idmançı olmaqla, ümumilikdə 120 idmançı iştirak edir.

İdmançılar bu gün yarışın seçim mərhələsini başa vurublar.

2 turdan ibarət turnirin bu gün keçirilən I mərhələsində idmançılar mürəkkəblik üzrə özlərini sınayacaq, sabah baş tutacaq II mərhələdə isə sürət üzrə yarışacaqlar.

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı 12 fevral 2011-ci il tarixində final mərhələsi ilə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR