Bank Of Baku

Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının vitse-prezidenti Bakıda səfərdədir - FOTO

Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının vitse-prezidenti Bakıda səfərdədir - <font color=red>FOTO</font>
# 29 mart 2012 07:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının (İFSS) vitse-prezidenti Aleksandr Yefimoviç Pirantinski Bakıya işgüzar səfərə gəlib. Azərbaycan Hava və Ekstremal İdman
Növləri Federasiyasından APA-ya verilən məlumata görə, səfər zamanı A.Y.Pirantinski Azərbaycan Milli Olimpiya Komitəsində, Azərbaycan Gənclər və İdman Nazirliyində, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasında bir sıra işgüzar görüşlər keçirəcək. Səfər proqramı çərçivəsində onun qayayadırmanma idman növü üzrə hakimlərə, təlimçilərə və idmançılara bir neçə master-klass keçəcəyi də nəzərdə tutulur.
Bildiririk ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının üzvüdür.
Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2013-cü ildə Qayayadırmanma üzrə Dünya Kubokunun mərhələ yarışlarının Bakıda keçirilməsi üçün Beynəlxalq İdman Qayayadırmanma Federasiyasına müraciət edib və bu müraciətə müsbət istiqamətdə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR