Bank Of Baku

Beynəlxalq Dağçılıq Federasiyasının sabiq prezidenti “ClimBaku” dırmanma mərkəzinin açılışında iştirak edib - FOTO

Beynəlxalq Dağçılıq Federasiyasının sabiq prezidenti “ClimBaku” dırmanma mərkəzinin açılışında  iştirak edib - <font color=red>FOTO</font>
# 15 may 2012 11:23 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərliyinin dəvəti ilə mayın 7-dən Bakıda səfərdə olan Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) sabiq prezidenti Mayk Mortimer bu gün yeni inşa olunmuş “ClimBaku” dırmanma mərkəzinin açılışında iştirak edib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından APA-ya verilən məlumata görə, tədbirdə, həmçinin Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırov və gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. Onlar mərkəzlə yaxından tanış olub, həmçinin FAİREX-in idmançılarının məşqlərini izləyiblər.
Daha sonra “ClimBaku” dırmanma mərkəzinin saytının (www.climbaku.az ) təqdimatı keçirilib.
Tədbirin sonunda H.Bağırov, A.Rəhimov və M.Mortimer 21-22 aprel 2012-ci il tarixlərində keçirilmiş “Ümid-2” boulderinq yarışının qaliblərinə FAİREX-in diplomunu, qayayadırmanma üzrə 3-cü dərəcə və müvafiq döş nişanlarını təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq Dağçılıq Federasiyasının aktiv üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR