Bank Of Baku

Ramil Quliyev Türkiyə çempionu olub

Ramil Quliyev Türkiyə çempionu olub
# 21 may 2012 08:56 (UTC +04:00)
Bakı – APA. Atletika üzrə Türkiyə Super Liqası keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda azərbaycanlı atlet Ramil Quliyev də qüvvəsini sınayıb.

Ötən il Türkiyə vətəndaşlığını qəbul edən həmyerlimiz 100 m məsafəyə qaçışda mübarizə aparıb. Müəyyən müddətdir ki, beynəlxalq yarışlara qatılmayan sprinter formada olduğunu nümayiş etdirib. 10,62 saniyəyə finiş xəttinə çatan Ramil qızıl medala sahib olub.

Qeyd edək ki, Quliyevin London-2012-yə yollanmaq şansı hələ açıq qalıb. Daha doğrusu, Azərbaycan adına Olimpiadaya getmək istəməyən atlet “ay-ulduzlu” formanı geyinmək üçün Beynəlxalq Atletika Federasiyasına yazdığı xahiş məktubunun cavabını gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR