Bank Of Baku

Azərbaycan idman tarixində ilk dəfə olaraq keçirilən deltaplan üzrə təlimlər başa çatıb - FOTO

Azərbaycan idman tarixində ilk dəfə olaraq keçirilən deltaplan üzrə təlimlər başa çatıb - <font color=red>FOTO</font>
# 12 iyul 2012 08:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının xətti ilə deltaplan üzrə təlim-məşqlər keçmək üçün Ukraynadan dəvət olunmuş təlimatçı Aleksey Tixovskinin keçirdiyi təlimlər başa çatıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından APA-ya verilən məlumata görə, təlimlərin başa çatması ilə əlaqədar 11 iyunda FAİREX-in ofisində tədbir keçirilib.

Tədbirdə ilk dəfə olaraq deltaplan üzrə idmançılara beynəlxalq federasiyanın standartlarına uyğun sertifikatlar verilib. Qeyd edək ki, sertifikatları idmançılara təlimləri keçən və pilotlardan imtahanı qəbul edən deltaplan üzrə təlimatçı Aleksey Tixovski imzalanıb.

Xatırladaq ki, 10 iyul 2012-ci il tarixində 4 fənn üzrə imtahanları müvəffəqiyyətlə vermiş ilk pilotlar deltaplan üzrə birinci mərhələ sertifikatlarına layiq görülüblər.

Tədbiri giriş sözü ilə açan Federasiyanın prezidenti H.Bağırov pilotları bu əlamətdar gün münasibətilə təbrik edib və gələcək uçuşlarında onlara müvəffəqiyyətlər arzulayıb.

İdmançılara Federasiyanın rəhbərliyi və təlimatçı A.Tixovski tərəfindən deltaplan pilotunun sertifikatları və uçuş kitabçaları təqdim olunub və Azərbaycanın deltaplan üzrə ilk pilotları çıxış edərək Azərbaycanda deltaplanın inkişafı üçün daim çalışacaqlarını bildiriblər.

Tədbirin sonunda deltaplan üzrə təlim məşqlərinin növbəti sessiyasının avqust ayının sonu sentyabr ayının əvvəllərində Ukraynalı məşqçi Aleksey Tixovskinin rəhbərliyi altında yeni toplanacaq idmançılarla davam etdirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR