Bank Of Baku

İdman dırmanması üzrə Açıq Respublika Çempionatı başlayıb

İdman dırmanması üzrə Açıq Respublika Çempionatı başlayıb
# 29 sentyabr 2012 09:26 (UTC +04:00)
Bakı – APA. Bu gün Gənclər və İdman Nazirliyinin 2012-ci il üzrə Təqvim Planında nəzərdə tutulan idman dırmanması üzrə Açıq Respublika Çempionatına start verilib.

Çempionat Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə keçirilir.

Federasiyadan APA-ya verilən məlumata görə, "ClimBaku" idman dırmanması mərkəzində keçirilən yarışda iştirak etmək üçün FAIREX-in ölkənin müxtəlif bölgələrini təmsil edən 23 idman klubundan 90-dan artıq idmançı qeydiyyatdan keçib. Çempionata Gürcüstandan gəlmiş idmançılar da qoşulub.

Yarış 2 gün ərzində 3 növ - boulderinq (qısa mürəkkəb məsafələrdə), sürət və çətinlik üzrə Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) standart və qaydalarına uyğun olaraq keçiriləcək. Yarışa FAIREX tərəfindən xüsusi hazırlıq kursu keçən 20-dən artıq idmançı hakimlik edəcək.

Sentyabrın 29-da idmançılar qeyd olunan 3 növ üzrə təsnifat yarışlarında qüvvələrini sınayacaq, sentyabrın 30-da isə yarımfinal və final yarışları keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR