Azərbaycanın iki idman federasiyası bir-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndiriblər
Qeyd edək ki, dünən Azərbaycan Alpinizm Federasiyası (AAF) FAİREX-i, həmçinin Gənclər və İdman Nazirliyini ittiham edən bəyanat yayıb. Bəyanatda FAİREX oktyabrın 6-7-də məşhur alpinist Akif Rüstəmovun xatirəsinə Beşbarmaq massivində həyata keçiriləcək qayayadırmanma üzrə Azərbaycan Kubokunu pozmaqda ittiham olunub. AAF qeyd edib ki, onlar hələ bir müddət əvvəldən tədbir hazırlıqlarına başlayıblar, bununla bağlı yerli və xarici mütəxəssislərə, həmçinin FAİREX-ə dəvət göndəriblər: “ Lakin, bizə məlum olduğuna görə, bu federasiyanın rəhbərliyi səbəbini izah etmədən, bu məlumatı öz üzvlərinin diqqətinə çatdırmayıb. Nəhayət, yarışlara iki gün qalmış Farex elan edir ki, oktyabrın 7-də Bakıda Akif Rüstəmov adın Kubok keçirəcək”.
FAİREX ittihamlara davam olaraq yaydığı bəyanatında xarici ölkə idmançılarının da iştirakı ilə idman dırmanması üzrə növbəti ölkə çempionatı keçirildiyini, Alpinizm Federasiyası adından çıxış edən şəxslərin bu tədbiri pozmağa çalışdığını, lakin çempionatın uğurla başa çatdığını qeyd edib: “Məhz belə çempionatlar nəticəsində milli yığma formalaşır və idmançılar beynəlxalq yarışlarda iştirak hüququ alırlar. Nəticədə isə, AAF-dakılar naməlum təkəbbürləri sayəsində öz idmançılarını bu hüquqlardan məhrum edirlər. Bu təkcə illər ərzində təkrarlanan yeganə hadisə deyil. İdmana yaraşmayan davranışa nümunə bu qrup yoldaşların etdikləridir - sivil cəmiyyətə yaraşmayan vasitələrlə ədavət və yalan əsaslı kampaniyalar aparır, ölkəmizdə FAİREX və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən sistemli işə qısqanclıqla yanaşırlar. Dağ idmanı işinə ziyan haqqında intriqa çirkabında olan, daima özlərinə heç bir aidiyyəti olmayan klublardan idmançılar cəlb edənlər danışır. Ziyanvericilik əslində, onların təsiri altında olan idmançıların Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan ümummilli yarışlardan təcrid olunmasıdır”.
Daha sonra AAF sovet dövründən qalan avadanlığı talan etməkdə, qanunlara hörmətsizlikdə, ölkə təbiətinə və dağlarına laqeyd yanaşmada ittiham olunub: “Akif Rüstəmov adına keçirilən turnirə gəldikdə isə, qoy Alpinizm Federasiyası adından çıxış edən yoldaşlar bir daha ürək bulandırmasınlar və idmana yaraşmayan davranışdan və ziyanvericilikdən danışmasınlar. Gör kim nə deyir. FAİREX-ə məktub, turnirin elan olunmasından cəmi bir neçə gün əvvəl daxil olmuşdur. Bundan əvvəl isə onlar təkidlə FAİREX-in klub rəhbərləri və idmançılarının evinə zəng edib turnirdə iştirakla bağlı separat danışıqlar aparmağa cəhd etmişlər. İdmançılarımızı nəyəsə razı salmaq üçün pərdəarxası aparılan belə danışıqlar çoxdan və dəfələrlə həyata keçirilmişdir. Hətta bu yoldaşlar hansısa nəticələr əldə etdiyi hallarda belə, bununla təmiz idman mühitini necə zəhərləndirdiklərini başa düşmürdülər. Onlar bu ədəb-ərkandan kənar hərəkətləri təsadüfən, çaş-baş düşərək etməyiblər. Başa düşürlər ki, belə şeyləri aşkar etmək utancvericidir “.
FAİREX-in bəyanatında qeyd olunub ki, onlar AAF-ın bu fəaliyyətindən xəbərdar olanda məsələni yoluna qoymaq üçün, qurumun idarə heyətinin üzvü, dağ idman veteranı Valeri Bağırovu danışıqlar aparmaq üçün müvəkkil etsə də, qarşı tərəfdən müzakirə aparmaq istəyən olmayıb: “Bu bir daha FAİREX tərəfindən sağlam idman naminə əməkdaşlıq üçün çoxsaylı müraciətlərə cavab olaraq heç olmasa Akif Rüstəmovun xatirəsinə görə səmimi işçi əlaqələrinin qurulması istəyinin olmamasından söhbət getdiyini təsdiq edir. Belə bir təəssürat yaranır ki, bu növbəti primitiv oyundur. Bu zamana qədər isə, Akif Rüstəmovu şəxsən tanıyan FAİREX idmançılarının müraciəti əsasında onun xatirəsinə ehtiram əlaməti olaraq FAİREX turnir keçirməyi qərara almışdı. Heç kim vaxtsız dünyasını dəyişmiş yaxşı idmançını anmaq hüququnu özəllləşdirə və ya qadağan edə bilməz”.
Qeyd edək ki, FAİREX-də 30-dan artıq klub birləşib. Qurumun məqsədlərindən biri də dağ idman növlərinin inkişafına dəstək vermək, bu istiqamətdə təbliğat aparmaq, gənclərdə bu sahəyə xüsusi maraq və diqqət oyatmaqdır. Qurum Akif Rüstəmovun xatirəsinə həsr olunan turniri də məhz buna görə təşkil edib. Turnirin Təşkilat Komitəsinin rəhbəri isə A. Rüstəmovun şəxsi dostu və FAİREX-in klub rəhbəri Mövlud Əzizov olub.
Xəbər Lenti
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq
Muxtar Babayev: 2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiyalar 600 milyard dollara çatmalıdır
Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Binəqədidə evdən 8000 manatlıq məişət və geyim əşyaları oğurlanıb, kirayənişin saxlanılıb
“PAŞA Sığorta” üç KASKO hadisəsi üzrə 150 min manatdan çox ödəniş edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Mərkəzi Bankın Baş direktoru: Yüksək valyuta ehtiyatları xarici şoklara qarşı strateji buferdir - MÜSAHİBƏ
Kreml: Rusiya Qara dənizdə Ukrayna üçün silah daşımaqda istifadə olunan ticarət gəmilərinə zərbələri davam etdirəcək
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmayıb
Dövlət Xidmətinin rəisi: Azad edilmiş ərazilərdə 434 abidəyə dəymiş ziyan 700 milyon manatdan çoxdur
ARDNF aparıcı suveren investorlarla Çin-ASEAN Birgə İnvestisiya Şurasını təsis edib