Kanadalı atlet, dünya çempionu Şon Barber vəfat edib.
Apasport.az xəbər verir ki, 29 yaşlı atlet Kinqsvuddakı evində dünyasını dəyişib.
Onun xəstəlik səbəbindən bir müddətdir problemlər yaşadığı bildirilib.
Qeyd edək ki, Şon Barber 2015-ci ildə şüvüllə tullanma üzrə dünya çempionu olub.