Azərbaycan yığması Avropa çempionatında iştirakını təsdiqləyib

Azərbaycan yığması Avropa çempionatında iştirakını təsdiqləyib
# 10 fevral 2021 17:08 (UTC +04:00)

Azərbaycan ağır atletika yığması Avropa çempionatında iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Ağır Atletika Federasiyasının prezidenti Maksim Aqapitov açıqlayıb.

O bildirib ki, ilkin ərizələrin təqdimat vaxtı fevralın 9-da başa çatıb. 39 ölkə Moskvadakı yarışda iştirakla bağlı müraciət edib. Bu ölkələr arasında Azərbaycan yığması da var.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-11-də keçiriləcək. Koronavirus pandemiyasına görə 2020-ci ilin aprelindən təxirə salınan çempionat üçün yekun iştirak ərizələri aprelin 1-dək təqdim edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR