Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk edib - YENİLƏNİB - VİDEO

Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk edib  - YENİLƏNİB  - VİDEO
# 15 aprel 2023 15:33 (UTC +04:00)

"Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat Vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub".

APA xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib. Onun sözlərinə görə, komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Vətənə çatdıracaq.

***

15:01

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Ermənistanı tərk ediblər.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

"Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər", - nazir müavini bildirib.

Xatırladaq ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasından sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan idmançılarının yarışa qatılmaması və geri qayıtması barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR