Paşha Bank
Bank Of Baku

Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib - FOTO - YENİLƏNİB

Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib - FOTO  - YENİLƏNİB
# 01 noyabr 2026 11:44 (UTC +04:00)

Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin altıncı ildönümü münasibətilə ənənəvi “Qələbə qaçışı”nın qalibləri bəlli olub.

APA xəbər verir ki, altıncı dəfə təşkil olunan yarışda 2000-ə yaxın şəxs iştirak edib.

Bu, tədbirin tarixində rekord göstərici olub.

10 kilometr məsafəyə təşkil olunan yarışda kişilər arasında Bəxtiyar Əsgərli, qadınların mübarizəsində isə Anna Yusubova birinci yeri tutub.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürən iştirakçılar 10 kilometrlik məsafəni qət ediblər.

Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış bu il də “Qürurla irəli” şüarı altında baş tutub.

Xeyriyyə xarakterli tədbirə qatılan hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat ianə edib. Toplanan vəsaitin hamısı “YAŞAT” Fonduna köçürüləcək.

Finiş xəttini ilk keçən iştirakçılar mükafatlandırılacaqlar. Yarışdan sonra isə iştirakçılar və qonaqlar üçün konsert proqramı təşkil olunacaq. Konsertdə Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il ənənəvi olaraq keçirilir.

***

saat 11.20

Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi “Qələbə qaçışı”na start verilib.

APA xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr məsafə qət edəcəklər.

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış bu il də “Qürurla irəli” şüarı altında təşkil olunur.

Altıncı dəfə baş tutan “Qələbə qaçışı” bu il rekord sayda iştirakçını bir araya gətirib. Yarışda 2000-ə yaxın şəxs iştirak edir.

Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat məbləğində ianə edib. Toplanan vəsaitin tam hissəsi “YAŞAT” Fonduna köçürüləcək.

Finişə ilk çatan iştirakçılar mükafatlandırılacaqlar. Qaçış başa çatdıqdan sonra iştirakçıları və qonaqları konsert proqramı gözləyir. Proqram çərçivəsində Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.

Foto - İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR