Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı ağır atletlər buraxılmayacaq

Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı ağır atletlər buraxılmayacaq
# 08 avqust 2023 03:06 (UTC +04:00)

Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi Ər-Riyadda keçiriləcək dünya çempionatına rusiyalı atletlərin iştirakına icazə verməyib.

APA xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

“İcraiyyə Komitəsi dünya çempionatında iştirak edəcək neytral idmançılardan ibarət nümayəndə heyətini təsdiqləyib. Onların hamısı Belarus pasportuna malik 12 idmançı, 7 xidmət işçisi və 1 texniki hakimdən ibarətdir”, - deyə federasiyanın məlumatında qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR