FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub
# 19 dekabr 2023 12:15 (UTC +04:00)

Dekabrın 16-17-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində pauerliftinq (WRPF) üzrə dünya çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, çempionatda 29 ölkənin 4000-dən çox idmançısı mübarizə aparıb.Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov da olub.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ümumilikdə 707.5 kq-ın (squat hərəkətində 245 kq - yeni Azərbaycan rekordu, deadlift hərəkətində 292.5 kq - yeni dünya rekordu, bench press hərəkətində isə 170 kq), iki hərəkətin cəmində isə 462,5 kq-ın (bench press + deadlift) öhdəsindən gələrək iki qızıl medala sahib olub.

Onu da qeyd edək ki, R.Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı beşqat dünya çempionudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR