İrəvanda Avropa çempionu olan türkiyəli ağırlıqqaldıranlar Azərbaycana gəlib - VİDEO - FOTO

İrəvanda Avropa çempionu olan türkiyəli ağırlıqqaldıranlar Azərbaycana gəlib - VİDEO  - FOTO
# 27 aprel 2023 16:35 (UTC +04:00)

İrəvanda keçirilən Avropa çempionatında uğur qazanan Türkiyə ağırlıqqaldıranları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun Bakıya gəlib.

APA xəbər verir ki, səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Onlar eyni zamanda, Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Qeyd edək ki, adları çəkilən idmançılar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizə dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR