Naxçıvan bədii gimnastika üzrə beynəlxalq turnirə ev sahibliyi edib - FOTO

Naxçıvan bədii gimnastika üzrə beynəlxalq turnirə ev sahibliyi edib - FOTO
# 23 sentyabr 2023 15:36 (UTC +04:00)

Sentyabrın 21-i və 22-də Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən xəbərə görə, yarışda Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-dək idmançı çempion adı uğrunda mübarizə aparıb.

Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax və Zaqatalanı təmsil edən 20 klubdan gimnastlar da qoşulublar.

Turnirdə idmançılar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında maraqlı, biri-birindən fərqli çıxışlar nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR