Paşha Bank
Bank Of Baku

Tofiq Əliyev dünya ikincisi olub

Tofiq Əliyev dünya ikincisi olub
# 07 noyabr 2026 16:27 (UTC +04:00)

Tofiq Əliyev dünya çempionatında gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.

Tamblinq üzrə fərdi proqramda çıxış edən idmançımız finalda 29,700 xal toplayaraq ikinci yeri tutub. Bu, Tofiq Əliyevin karyerasında fərdi proqram üzrə dünya çempionatında qazandığı ilk gümüş medaldır.

Qeyd edək ki, finalda portuqaliyalı Vasko Peso qızıl, amerikalı Kaden Braun isə bürünc medal qazanıb. Bununla da Azərbaycan tamblinq millisinin dünya çempionatındakı çıxışı başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR