Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib.
APA-nın məlumatına görə, “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometrlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.
Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb.