Bank Of Baku

“Bayrağımız qürur mənbəyimizdir!” devizi ilə veloyürüş təşkil edilib - FOTOSESSİYA

“Bayrağımız qürur mənbəyimizdir!” devizi ilə veloyürüş təşkil edilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 noyabr 2017 08:21 (UTC +04:00)

Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə “Bayrağımız qürur mənbəyimizdir!” devizi altında veloyürüş təşkil edib.

 

DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, DTX-nin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Velosiped Federasiyasının dəstəyi ilə keçirilən veloyürüş DTX-nin inzibati binası qarşısından başlayıb, Heydər Əliyev Sarayının qarşısında Heydər Əliyevin abidəsi önündə başa çatıb.

 

Ümumi marşrutu 12 km olan və DTX sədri Mədət Quliyevin də iştirak etdiyi veloyürüşə 300-dək velosipedçi qatılıb.

 

Aksiya iştirakçıları Heydər Əliyev abidəsi önünə əklil qoyublar. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR