Bakı-APA. Bu gün ənənəvi “Tour d'Azerbaidjan” beynəlxalq velosiped turuna yekun vurulub.
APA-nın məlumatına görə, “Synergy Baku” klubu komanda hesabında turun qalibi olub.
Bu, Azərbaycan təmsilçisinin veloturda ikinci ardıcıl qələbəsidir. Komandamız ötən il də “Tour d'Azerbaidjan”-ın qalibi olmuşdu. “Synergy Baku”-nun heyətində Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Muqerli, Kirill Pozdnyakov və İoannis Tamuridis çıxış ediblər.
Xatırladaq ki, mayın 4-də Bakının Bayraq meydanından start götürən veloturda 19 ölkədən 21 komanda iştirak edib. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır.
***
14.42
APA-nın məlumatına görə, beşinci - sonuncu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə158 kilometr məsafə qət etməkdə yarışıblar.
Bu mərhələnin qalibi Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Mixael Şvarcmann olub.
Xatırladaq ki, mayın 4-də Azərbaycan paytaxtının Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komanda iştirak edib. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır.
-
***
saat 11.05
Bakı-APA. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün beşinci - sonuncu mərhələsinə start verilib.
APA-nın məlumatına gör, paytaxtın Azadlıq meydanından start götürən bu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu ilə 158 kilometr məsafə qət edəcəklər.
Xatırladaq ki, “Synergy Baku” dördüncü mərhələdən sonra komanda hesabında ikinci yeri tutur. Komandamız yarışların lideri “Felbermayr - Simplon Wels” (Avstriya) klubuna 1 dəqiqə 21 saniyəlik fərqlə uduzur.
YENİLƏNİB -