Bakı - APA. Azərbaycan Avtomobil Federasiyası oktyabrın 11-də Bakıda keçirilən “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousunun videorolikini (https://www.youtube.com/watch?v=7V1bDqjCO0M&feature=youtu.be) yayıb.
APA-nın xəbərinə görə, şouda tamaşaçı olmaq fürsətini qaçıranlar yaxın zamanda “V1 Challenge Azerbaijan” yarışını tam olaraq televiziya kanallarında izləyə biləcəklər.
Xatırladaq ki, oktyabrın 11-də Bakı Kristal Zalında Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçən yarış 12 ölkəni təmsil edən 14 pilot arasında birincilik uğrunda maraqlı və həyəcan dolu mübarizə ilə yadda qalıb. İdman avtomobillərində və motosikletlərdə qeyri-adi tryuklarla şou tamaşaçılar tərəfindən maraqla qarşılanıb.