Bank Of Baku

Ağırlıqqaldırma üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Ağırlıqqaldırma üzrə Avropa çempionatı Bakıda keçiriləcək
# 06 dekabr 2013 16:20 (UTC +04:00)

Bakı – APA. 2017-ci ildə Bakıda ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu barədə Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Urso açıqlama verib.


O bildirib ki, bununla bağlı Azərbaycan Ağır Atletika Federasiyası ilə danışıqlar aparılıb. Ursonun fikrincə, Azərbaycanda ağırlıqqaldırmanın inkişafı üçün əlverişli şərait var: “Sabahdan bu istiqamətdə addımlar atmağa başlayacağıq. Hesab edirəm ki, 2014-cü ildə yekun qərar qəbul ediləcək. Yarışın hansı idman qurğusunda keçirilməsi təşkilati işlərlə bağlı məsələdir. Bu məsələdə problem olacağını düşünmürəm”

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR