Bank Of Baku

Azərbaycan güləşçiləri daha iki Olimpiya lisenziyası əldə edib

Azərbaycan güləşçiləri daha iki Olimpiya lisenziyası əldə edib
# 11 sentyabr 2015 02:38 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, 4-cü yarış günündə qadın və kişi sərbəst güləşçiləri 4 çəki dərəcəsində yarışıblar. Azərbaycan güləşçiləri Yuliya Ratkeviç (58 kq) və Toğrul Əsgərov (65 kq) növbəti lisenziyaları əldə ediblər. Bundan başqa onların bürünc medal qazanmaq şansı da var.

 

Xatırladaq ki, bundan əvvəl Yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya lisenziyaları əldə edib. Rəsul Çunayev (71 kq) dünya çempionu olub, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medala layiq görülüb.

 

Qaydalara əsasən, lisenziya qazanmaq üçün idmançılara ilk beşliyə düşmək gərəkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR