Bank Of Baku

Azərbaycan komandası Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında iştirak edəcək

Azərbaycan komandası Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında iştirak edəcək
# 23 yanvar 2013 12:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) buzadırmanma idman növü üzrə 5 idmançısı yanvarın 18-19-da İsveçrənin Saas-Fee şəhərində keçirilən Buzadırmanma üzrə Dünya Kuboku yarışlarının 2-ci mərhələsində iştirak edib.

 

Federasiyadan APA-ya verilən məlumata görə, yarışların 2-ci mərhələsində Cənubi Qafqazdan 8 idmançı iştirak edib. Mürəkkəblik mərhələsi üzrə keçirilən yarışda Azərbaycan idmançısı Renat Rəhimxanov Cənubi Qafqazdan olan idmançılar arasında ən yaxşı nəticə göstərib. Sürət üzrə keçirilən yarışlarda da idmançılarımız qənaətbəxş nəticələr göstəriblər.

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından təşkil olunmuş Azərbaycan komandası 26-27 yanvar 2013-cü il tarixlərində İtaliyada keçiriləcək Buzadırmanma üzrə Dünya Kuboku yarışlarında daha geniş tərkibdə iştirak edəcək.

 

Qeyd edək ki, FAİREX-in idmançıları buzadırmanma üzrə Dünya Kuboku yarışlarına ötən ildən başlayaraq qoşulublar.

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR