Bakı – APA. Azərbaycan millisi ABŞ-ın Fort-Benninq şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokunda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, komandamızın heyətində Ruslan Lunyovun son cəhdi də uğursuz alınıb.
Belə ki, 10 m məsafəyə atəş açma yarışlarında 25-ci olan snayper 25 m məsafədən də hədəfi dəqiq nişan ala bilməyib. O, bu dəfə 19-cu yeri tutub.
Qeyd edək ki, Lunyovdan öncə İradə Aşumova çıxışını bitirmişdi. Olimpiya mükafatçımız 10 m məsafəyə atəş açmada 32-ci, 25 m məsafədən hədəfi nişan almada 14-cü olmuşdu.