Bank Of Baku

Azərbaycan sportinq üzrə Avropa çempionatının Bakıda keçirilməsi üçün namizədliyini irəli sürüb

Azərbaycan sportinq üzrə Avropa çempionatının Bakıda keçirilməsi üçün namizədliyini irəli sürüb
# 27 aprel 2014 17:22 (UTC +04:00)

Bakı-APA. Bu il mayın 1-5-də Fransada  atıcılığın sportinq növü üzrə Avropa çempionatı keçiriləcək.  Azərbaycan Atıcılıq Federasiyasının (AAF) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, federasiyanın  vitse-prezidenti Rasim Rzayev komandanın çempionatda 10 atıcı ilə təmsil olunacağını bildirib: “Onlardan  ikisi atıcılığa yeni başlayan idmançılardır, amma onların da uğurlu nəticələr əldə edəcəyinə ümid edirik. Komandamızın tərkibindəki idmançılar arasında idman ustası və idman ustalığına namizədlər də var. Digər idmançılarımızın nailiyyətləri də az deyil. Bu yarışda idmançılarımızdan qələbə gözləyirik ”.

 

Vitse- prezident qeyd edib ki, Azərbaycan sportinq idman növü üzrə Kipr, Rusiya, Macarıstan, İspaniyada keçirilən çempionatlarda iştirak edib:“Sportinq üzrə Avropa çempionatının 2016-cı ildə Azərbaycanda keçiriləcəyini ümid edirik. Biz  namizədliyimizi irəli sürmüşük və müsbət cavab alacağımıza inanırıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR