Bank Of Baku

Azərbaycan yığmasında yeni məşqçi gətirilib

Azərbaycan yığmasında yeni məşqçi gətirilib
# 18 yanvar 2013 09:34 (UTC +04:00)

Bakı – APA. Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasına yeni məşqçi cəlb olunub. Apasport.az saytının məlumatına görə, millimizin bolqarıstanlı baş məşqçisi Zlatan Vanevin yeni köməkçisi müəyyənləşib.

 

Bu, çalışdırıcının həmyerlisi Dimitar Kolevdir. Əvvəllər də Bolqarıstandan kənarda çalışan Kolev üçün Azərbaycanda işləmək çətin olmayacaq. Çünki o, millimizin sabiq baş məşqçisi Yanko Rusevin vaxtında da komandamızda çalışıb. Lakin 2009-cu ildə uzun müddətli müqavilə bağlayan Kolev qısa zaman kəsiyindən sonra vətəninə göndərilmişdi.

 

Bundan başqa, Dimitar məşhur İvan İvanovun məşqçilər korpusunda yer alaraq, İran və Tunisdə çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR