Bank Of Baku

Azərbaycanda təbii qayalarda açıq respublika çempionatı keçiriləcək - APA TV

Azərbaycanda təbii qayalarda açıq respublika çempionatı keçiriləcək - <span style="color: red;">APA TV
# 12 sentyabr 2013 10:22 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 13-15-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində  yerləşən Beşbarmaq dağında təbii qayalarda qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək.

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarışda FAİREX-in “Salavat”, “Ekstralife”, “Şahdağ”, “Zirvə”, “Qaya Qartalları”, “Ekosport”, “Climber”, “Gənclik”, “AMEAST”, “Qərb Universiteti”, “Tanrıdağ”, “Gəncə”, “İrəli”, “Rockstone”, “Blackstone”, “Şəki”, “Kəpəz”, “Kyanit”, “Qafqaz”  idman klublarının idmançıları iştirak edəcək.

 

100-dək idmançının qatılacağı yarış kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal, final) keçiriləcək.

 

Qeyd edək ki, yarışda yerli idmançılarla yanaşı xarici ölkələrdən olan idmançıların da iştirakı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR