Bank Of Baku

Azərbaycan idmançısı ağır atletika üzrə dünya çempionatında üçüncü olub

Azərbaycan idmançısı ağır atletika üzrə dünya çempionatında üçüncü olub
# 23 oktyabr 2013 23:48 (UTC +04:00)

Bakı.APA. Polşada ağır atletika üzrə keçirilən dünya çempionatında 69 kiloqramadək çəki dərəcəsində mükafatçıların adları bəlli olub. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, onların arasında azərbaycanlı idmançı da var. Firidun Quliyev 337 kq (143+194 kq) nəticə ilə bürünc medala sabib çıxıb.

 

Qızıl medalı çinli Lyao Huey (358 kq: 160+198), gümüş medalı isə rusiyalı Oleq Çen (340 kq: 160+180) qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR