Bank Of Baku

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq turnir keçiriləcək
# 04 noyabr 2013 11:27 (UTC +04:00)

Bakı – APA. Dekabrın 5-dən 8-dək Azərbaycanda Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Pri - II Beynəlxalq Bakı Kuboku keçiriləcək. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 62 kq və 69 kq çəki dərəcəsində kişilər, 53 kq və 58 kq çəki dərəcəsində qadınlar qüvvəsini sınayacaq.

 

Artıq Azərbaycandan əlavə, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya, Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistandan olan ağır atletlər Bakı Kubokunda iştirakını təsdiqləyib.

 

Qeyd edək ki, yarışlar Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR