Bank Of Baku

Bakıda keçiriləcək idman dırmanması üzrə Dünya Kuboku yarışlarına hazırlıq üçün master-klass dərsləri keçilib - FOTO

Bakıda keçiriləcək idman dırmanması üzrə Dünya Kuboku yarışlarına hazırlıq üçün master-klass dərsləri keçilib - <span style="color: red;">FOTO
# 30 may 2013 09:02 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Bakıya gəlmiş Beynəlxalq İdman Dırmanması Federasiyasının dünya  münsiflərinin prezidenti Markus Fillafer 22-23 iyun tarixlərində Bakıda keçiriləcək İdman Dırmanması üzrə Dünya Kuboku yarışlarına hazırlıq məqsədilə yerli hakimlərə, təlimçilərə və idmançılara master-klass dərsləri keçib.

 

Bu barədə APA-ya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən bildirilib.

 

Dünya Kuboku yarışının  yüksək səviyyədə təşkil olunması və yerli hakimlərin beynəlxalq dərəcəli yarışlara hazırlanması məqsədilə “ClimBaku” idman dırmanması mərkəzində qayayadırmanma idman növü üzrə keçirilən təlimin ilk günündə Markus Fillafer ümumi qonaqların qarşılanması, yarış yerinin quruluşu, hakimlik işinin təşkili və s. məsələlərə aid təlim iştirakçılarına ətraflı məlumat verib.  İkinci gün isə hakim əsasən sığortaçılara aid praktiki təlim keçib.

 

Qeyd edək ki, master-klass dərslərində 40-a yaxın hakim, volonter və idmançı  iştirak edib. İki gün davam edən nəzəri və praktiki dərslər, mütəxəssis və hakimlər arasında sual-cavablarla yekunlaşıb.

 

Təlim dərslərinin sonunda Markus Fillafer tərəfindən ən təcrübəli hakimlərə (sığortaçılar, xronometristlər, izolyasiya və tranzit sektorun hakimləri, starter ) FAİREX-in sertifikatları təqdim olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Atletika

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR